Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm ölkəmizdə, həm də xarici ölkələrdə təntənəli şəkildə qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil edir.
“Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini Adil Əliyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev, deputatlar Sabir Hacıyev, Cəbi Quliyev, Əliabbas Salahzadə və Aparatın əməkdaşları Ruslan Hacıyev, Fərhad Vəliyev və Elman Aslanovdan ibarət bir qrup “Heydər zirvəsi”nə yürüş edib.
Yürüş 18 noyabr tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını ifadə edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olmuşlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.