“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi 25 dekabr 2023-cü il tarixində Nardaran qəsəbəsi 295 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin təqdimatını keçirib.
Layihə rəhbəri Namiq Nəcəfov bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunan 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən və Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsinin icrası davam edir. Layihənin icrasına tam orta məktəblərin kontinqenti sirasından, könüllülük prinsipi əsasında, qabiliyyət və bacarıqları ilə seçilən, çalışqan, intizamlı şagirdlər qoşulublar.
25 dekabr 2023-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Nardaran qəsəbəsi 295 № li tam orta məktəbdə, elektron lövhə və proyektorla təchiz olunmuş kitabxanada layihənin təqdimatı keçirilib. Masaların üstündə məktəbin kitabxana fondunda saxlanılan Ulu Öndərə həsr olunmuş kitablar, şagirdlərin vatman vərəqi üzərində işlənmış rəsmləri, “Oriqami” təşkilatının, layihə çərçivəsində hazırladığı loqolu dəftərxana ləvazimatı, loqolu çap məhsulları və loqolu istehlak malları nümayiş etdirilirdi.
Tədbiri, giriş sözü ilə, məktəbin direktoru D.Cəbrayılova açdı. O, iştirakçılara Ümummili Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında görkəmli xidmətlərindən danışdı. Sonra sözü layihənin rəhbəri Namiq Nəcəfova verdi. Layihə rəhbəri bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Sərəncamı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun 17-ci qrant müsabiqəsi çərçivəsində keçirilir. N.Nəcəfov təqdimat iştirakçılarına Ulu Öndərin maraqlı həyat yolundan, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsindən danışıb.
Təqdimatda məktəbin 9 a sinif şagirdləri H. Cəbrayılov, S.Mövsümova çıxış edərək Ulu Öndərin həyat yolundan danışdılar. 8 c sinif şagirdləri N.Bağırova, F. Abışova “Adına Öndər Dedik” və ”Ulu Öndər” şeirlərini söylədilər. İştirakçılar 7 a sinif şagirdləri S.Mağliyeva, F.Xudaverdiyeva, L.Balaağazadə -“Ulu bir Sərkərdə-Ulu bir Öndər” şeirini məharətlə ifa etdilər, Əliyev İsgəndər- “Vətən oğlu”, Vəliyeva Tohfə - “Eleqiya” Qəribova Ceyhunə -“Ulu Öndər “ şeirlərini söylədilər.
Şagirdlərin çıxışları dəfələrlə alqışlanıb. Təqdimatda Azərbaycan dili müəlliməsi L.Əhmədovanın Ulu Öndərə həsr olunmuş məruzəsi dinlənilib. J.Allahverdiyevanın internet resursundan əldə etdiyi Heydər Əliyeva həsr olunmuş video kollajın nümayişi iştirakçılarda böyük maraq doğurub. Layihə rəhbəri N.Nəcəfov təqdimatın keçirilməsinə yaradılan şəraitə görə 295 № li tam orta məktəbin direktoru D.Cəbrayılovaya, UBTR D.Novruzovaya təşəkkürünü bildirdi.