AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Horadiz-Ağbənd dəmir yolu ilə bağlı RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 8-01-2024, 22:20

    Horadiz-Ağbənd dəmir yolu ilə bağlı RƏSMİ AÇIQLAMA
    Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərin 45 %-i tamamlanıb.

    Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

    O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun 72-ci kilometrə qədər hissəsinə dəmir yolu xətti çəkilib:

    “Bərdə-Ağdam layihəsindən fərqli olaraq, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşa olunduğu ərazi çətin relyefə malikdir”.

    Qeyd edək ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR