AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zahid Orucun ictimai vəkilləri müəyyən edilib

  • + A
  • - A
  • 10-01-2024, 11:53

    Zahid Orucun ictimai vəkilləri müəyyən edilib

    Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olaraq iştirak edən Zahid Məhərrəm oğlu Orucun ictimai vəkilləri müəyyən edilib.
    Seçki Qərargahının sədri professor Tahirə Allahyarova, ictimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyaz Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadə təyin edilib.
    Qeyd edək ki, seçki prosesi ilə əlaqədar sözügedən şəxslər müvafiq qaydada iş yerlərindən xidməti vəzifələrinin icrasını ödənişsiz məzuniyyət götürməklə müvəqqəti dayandırıblar.
    Seçki Məcəlləsinin 72.3 - cü maddəsinə görə vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə və ya referendumla bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR