Müəllimlərin maaşından zorla yığılan vəsait aidiyyatı olmayan yerlərə xərclənir. Məsələn idarə rəhbəri İlhamə Abdullayeva, xalası qızı 1 saylı Xırdalan məktəbinin direktoru Arifə Balakişiyeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova...
Həmkarlar İttifaqından bu xanımlara ayrılan istirahət paketi əslində toy qabağı İlhamə Abdullayevanın qızı üçün cehiz almağa getdiyi İtalyanı bəyənməsi şərəfinə toy sonrası çəkdiyi yükün ağırlığından qaçmaq üçün mənəvi rahatlığa hesablanıb. Bu gün idarədən kimdən soruşsaq, deyəcəklər ki, təhsillə bağlı form keçirilir və buna görə də təhsil işçilərindən ibarət yaradılmış kollektiv Siciliyaya səfərə gedib. Lakin apardığımız araşdırma onu göstərir ki, Siciliya ilə bizi bağlayan hər hansı təhsil toplantısı yoxdur. Amma Abşeron-Xızı regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə özbaşınalıq, korrupsiya, hərc-mərclik göstərir ki, Sicilyadan Azərbaycan təhsilinə müsbət heçnə gətirilməyib. Maraqlı olan isə bir çox öncül məktəblərin rəhbərləri deyil, İlhamə Abdullayevanın vaxtı ilə Bakı təhsilində və bu gün tədbirlərdə ona bahalı hədiyyələr verən, toyda yüksək məbləğdə pul yazdıran şəxslərlə birgə gəzintiyə yollanmasıdır. Unutmadan onu da qeyd edək ki, bu gün İ.Abdullayevanın piarını həyata keçirən qoruyucu "jurnalist"i zurnası əlində medianı qap-qapı gəzib yazıları sildirir. Çox maraqlıdır, İlhamə Abdullayeva bu jurnalisti tanımadığını deyir, lakin "jurnalist" təhsil işçilərindən çox həmin inzibati binaya girib-çıxır. Bir bu şəxsin kimliyini maraqlanan olmayıbmı ki, ay insan, sən kimsən həftənin 4-5 günün bu müəssisədə nə gəzirsən? Təbii ki şəxs özlərinin adamıdı və hətta təhsil adlı bir sayt da açaraq İlhamə Abdullayevaya "qorxma, qorxma mən burdayam" siqnalı verir. Qısası, İ.Abdullayeva ölkədən xaricdə istirahətini rəfiqələri ilə rahat şəkildə həyata keçirib.
İndi sualımız var, İlhamə xanım, 16 martda Xırdalan parkında keçirilən tədbirdə Arifə Balakişiyevanın verdiyi hədiyyəni sosial şəbəkələrdə yayımlayıb sonra niyə sildiz? Yoxsa, zəng gəldi?
Tanıyanlar deyir ki, bu istirahətlər ilk və son deyil. 2023-cü ildə 21.000 manatlıq istirahətin vəsaitini Həmkarlar İttifaqının necə təmin etməsi bu günə qədər sirr saxlanılır. Qeyd edək ki, Həmkarlar İttifaqı müəllimlərin istirahətə getmələri zamanı onlara sanatoriyalara getmələri üçün bütün kuponların hər birini endirimli qiymətlərlə əl altından satmağı çox yaxşı bilir. Lakin RTİ rəhbərinin xərclərini isə illərdir müəllimlərin maaşlarından kəsilən vəsait hesabına ödəməkdən çəkinmir. BakuNews
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.