AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub

  • + A
  • - A
  • 28-03-2024, 13:19

    Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub

    “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Gənclər Paytaxtı Lənkəran şəhərində həyata keçirilən “Act2Learn – Teatr Əsaslı təlim vasitəsilə Tədrisin Təkmilləşdirilməsi” layihəsinə yekun vurulub.
    Azadmedia.az xəbər verir ki, “Act2Learn” layihəsinin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənlərin öz peşə fəaliyyətində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarət olub.
    Diqqətə çatdırılıb ki, 5 gün davam edən proqram müddətində qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, habelə, bu sahədə təlimlər və seminarlar təşkil olunub. Sözügedən fəaliyyətlərlə yanaşı tədrisin daha axıcı səviyyədə təşkili məqsədilə iştirakçılarla improvizasiya, rol oyunu, aktyorluq və hekayə danışma sahələrində praktiki sessiyalar da həyata keçirilib.
    Qeyd edək ki, proqramın faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil metodları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR