AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qusarda polis məktəblilərlə görüşüb

  • + A
  • - A
  • 28-03-2024, 19:54

    Qusarda polis məktəblilərlə görüşüb


    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Avaran kənd tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.

    Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Emin Kərimov narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb.

    Daha sonra çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis kapitanı Ramik Nəzərov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

    Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR