AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi elan edilir

  • + A
  • - A
  • 8-04-2024, 14:50

    “Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi elan edilir

    “Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi elan edilir.

    Müsabiqə Azərbaycan Gənclər Fondu və "Bir Könüllü" Tələbə Təşkilatının birgə təşkilatçılığı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Təhsilin İnkişafı Fondu və BP Azərbaycanın dəstəyi ilə həyata keçirilir.

    Hakaton formatında həyata keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsidir.

    Müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş mili prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.

    Müsabiqədə ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələr iştirak edə bilər.

    Müsabiqənin mükafatları:
    I yer - 2000 AZN
    II yer - 1500 AZN
    III yer - 1000 AZN

    Qeyd: Müsabiqəyə müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır.

    Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
    Tarix: 26-28 aprel
    Son qeydiyyat tarixi: 20 aprel

    Fərdi şəkildə müraciət üçün qeydiyyat üçün linki: https://forms.gle/ariLke23enkgwqTV7
    Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR