AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Layihə çərçivəsində əlilliyi olan şəxslərlə növbəti görüş keçirilib

  • + A
  • - A
  • 29-03-2024, 16:15

    Layihə çərçivəsində əlilliyi olan şəxslərlə növbəti görüş keçirilib

    29 mart 2024-cü il tarixində “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi və Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi İB “Əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının təmin edilməsi” birgə layihəsi çərçivəsində görmə cəhətdən əlilliyi olan şəxslərlə növbəti görüş keçirib. Görüş Azərbaycan Görmə cəhətdən əlilliyi olan şəxslərin Cəmiyyətinin dəstəyi ilə təşkil olunub.
    Görüş Azərbaycan Mədəniyyət Nazirliyi tabeliyində Görmə cəhətdən əlilliyi olan şəxslər üçün İxtisaslaşdırılmış Kitabxanada baş tutub. İclasda məşğulluq problemləri ilə yanaşı, digər məsələlər, ələlxüsus əlilliyə görə ayrı-seçkilik, mənzil-məişət şəraiti, inklüziv orta və ali təhsil, müyəssərlik və s. münasib yaşayış məsələləri müzakirə olunub.
    Görüşdə iştirakçılara layihə haqqında məlumat verilib və bu təşəbbüs çərçivəsində hazırlanmış onlayn məlumat broşürləri təqdim olunub. İştirakçılar “Destokolaq.az” internet saytı ilə də tanış olub və Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı məsələlər müzakirə edilib.
    Müzakirələr zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin innovativ təşəbbüsü xüsusi vurğulanıb və bəyənilib ki, bunun əsasında indi hər bir əlilliyi olan şəxs, onun nümayəndəsi və ya əlilliyi olan şəxslərin hüquqlarını müdafiə edən ictimai təşkilatın ağlabatan uyğunlaşma şəraitinin təmin edilməsini tələb edərək hər hansı qurum (dövlət, kommersiya) ilə əlaqə saxlamaq mümkün olacaq. Yeni təşəbbüsə görə, qurumun rəhbərliyi onu təqdim etmək və ya ondan imtina etmək niyyəti barədə 15 gün ərzində cavab verməlidir. Bu şərti təmin etməyə razı olarsa, 3 ay müddətində əlilliyi olan şəxslər üçün bu ağlabatan uyğunlaşdırlamanı təmin edir.
    Bu ağlabatan uyğunlaşdırlama beynəlxalq standartlara uyğun olmalı və müraciət edən şəxslə razılaşdırılmalı və onun razılığını almalıdır. İmtina baş verərsə, qurum üzrlü səbəb göstərməli və ağlabatan uyğunlaşdırlamanın təminatının əsas tələblərinə uyğun olaraq imtinasını əsaslandırmalıdır. Əks halda, İnzibati Xətəlar Məcəlləsinin müvafiq maddələrə əsasən məsuliyyət daşıyacaq. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin bərabər imkanların təmin edilməsinə və hüquqlarının qorunmasına yönəlmiş innovativ təşəbbüsün qəbul edilməsi ilə bağlı gözəl xəbərdir. Dövlət müəssisələrində ağlabatan uyğunlaşdırlamanı tələb edən mexanizmin tətbiqi əlilliyi olan insanlar üçün müyəssərliyin və inklüzivliyin yaxşılaşdırılması istiqamətində mühüm addımdır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR