AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamran Əsədov: Repititorluğun yetişdirdiklərindən sanballı bir alim çıxmır

  • + A
  • - A
  • 25-04-2024, 07:05

    Kamran Əsədov: Repititorluğun yetişdirdiklərindən sanballı bir alim çıxmır

    Ölkədə uğurlu müəllim karyerası qiymətləndirmədə, sertifikatlaşmada və müxtəlif müsabiqələrdə yüksək bal toplayaraq repititorluq fəaliyyətini stimullaşdırmqdan keçir.

    Azadmedia.az xəbər verir ki, bunu tanınmış təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, yüksək qiymətləndirmə və sertifikatlaşdırma balı sizə daha çox dərs qamarlamaq, daha artıq stavka ilə əmək haqqı almaq və repetitorluğa daha çox şagird cəlb etmək maddi perestiji vəd edir. O cümlədən təhsildə rəhbər vəzifələrə təyinat üçün hansısa müsabiqələrdə yüksək bal toplamaq önəmlidir, nəinki məktəbdə konkret fəaliyyətin nəticəsi: "Məktəblər müəllimlər üçün əmək haqqı almaq və repetitorluq üçün baza rolunu oynayır. Təbii ki, gündə iki növbə minimum keyfiyyətlə pedaqoji fəaliyyətlə məşğul olmaq absurddur. Belə ki, məktəbdə işləməklə dərsləri yola verib şagirdi ödənişli fərdi məşğələyə cəlb etmək, hətta məktəbin inzibati binasında onlara ödənişli əlavə dərs demək imkanı mövcuddur.

    Bununla siz dövlətin bina, elektrik, su, istilik, santariya, mühafizə və sair komunal xidmətlərindən qarşılıqsız istifadə edə, o cümlədən məcburi dövlət ödənişlərindən rahatlıqla yayına bilərsiniz. Bununla məktəbdə aldığınız maaş qida, geyim və sair kimi ənənəvi xərclərinizə, repetitorluqdan gələn gəlir isə avtomobil, turizm və sair rifahınıza kifayət edəcək.

    Bütün bunların fonunda sizin məktəbdə fəaliyyətinizin yalnız kəmiyyət göstəriciləri mövcud olsa keyfiyyət göstəriciləriniz əsla ölçülmür və heç ölçülə də bilməz. Əgər siz bilik və bacarıqlarınıza rəğmən repetitorluq fəaliyyəti ilə məşğul olmasanız bu mövcud şəraitdə cəmiyyətdə peşəkarlığınmıza bir şübhə yaradan haldır".

    Necə ki, gec ərə gedən gözəl qızla ailə quran zaman indiyə qədər subay qalması şübhə yaradırsa, eləcəcə karifey sənətkarlar yox ara müğəniləri daha baha qiymətə şənliklərə dəvət alırsa repetitorluq etməyən müəllim bu cür diskriminasiyaya məruz qalır. Nabada aşağı əmək haqqından ailəsini dolandıra bilməyərək məcburiyyətdən repetitorluq edən müəllimlərə irad bildrəsiz və ya bu fəaliyyəti tənqid edəsiniz, onlar sizi ən yüngül hal kimi paxıllıqda ittiham edə bilərlər, - deyən K. Əsədov onu da qeyd edib ki, bu gün cəmiyyətdə oğru qanunlarını dövlətin qanunlarından üstün tutan kifayyət qədər kütlə mövcud olduğu kimi, o cümlədən bu kölgə təhsilinin məktəbdən daha üstün tutan kifayət qədər valideyn və müəllim ordusu mövcuddur. Ölkə təhsilinin bu acınacaqlı durumdan xilas etmək istəyənlər nəinki yoxdur, üstəlik bunun çiçəklənməsini stimullaşdıran sistem mövcuddur:"Məhz testologiyanın tətbiqindən sonra repititorluğun yetişdirdiklərindən sanballı bir alim çıxmır və onların da təfəkkürü sosial şəbəkə səviyyəsində fikirlər paylaşmaqla və alimlik diplomu ilə Ali Attestasiya Komissiyasının binası önündə fotoşəkil çəkməklə yekunlaşır...".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR