AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb

  • + A
  • - A
  • 25-04-2024, 08:07

    Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb

    Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

    Qırğız Respublikası Prezidentinin səfəri çərçivəsində eyni zamanda, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Dini İşlər üzrə Dövlət Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Komitəsi adından sədr Ramin Məmmədov, qarşı tərəfdən isə müvafiq qurumun direktoru Toyqonbay Abdıkarov imzalayıblar.

    Sənəd din sahəsində dövlət siyasətinin aparılması üzrə məlumat və təcrübə mübadiləsi, dini təhsil müəssisələri arasında tərəfdaşlığın dəstəklənməsi və digər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı özündə əks etdirir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR