1 May 2024-cü il tarixdə Bakı şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi il IV Beynəlxalq Autizm Festivalı keçiriləcək. Fetivalda Türk dövlətlərindən və Bakı şəhərində fəaliyyət göstərən autizm qurumları öz işlərini ictimaiyyətin diqqətinə çatdıracaqlar. Festivalda dövlət rəsmiləri, millət vəkilləri və tanınmış ictimai xadimlər iştirak edəcək. Festivala giriş sərbəstdir. İnsanlar səhər saat 11.00-dan axşam saatlarına dək stendləri ziyarət edə bilərlər. Səhnə, monitor qurulacaq, gün ərzində musiqiçilərin , rəqs qruplarının çıxışları olacaq. Festival yerli televiziya və radio kanallarında işıqlandırılacaq.
Festivalın proqramı
1. Saat 11:00 açılış çıxışlar
2. 12:00 fəxri qonaqların çıxışı
3. 14:00 musiqi saatı
4. 18:00 bağlanış
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.