AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DMA yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

  • + A
  • - A
  • 30-04-2024, 11:24

    DMA yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə  ISO sertifikatına layiq görülüb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.
    Bununla bağlı keçirilən görüşdə “Caspian Consulting Group of Companies” MMC-nin nümayəndələri tərəfindən sertifikat Agentliyin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadova təqdim edilib.
    Rüfət Cavadov çıxış edərək bildirib ki, şəffaflığın təmin edilməsi Agentliyin əsas dəyərlərindən biridir. İSO standartlarının tətbiqi Agentliyin bu istiqamətlərdə işinin daha da yaxşılaşdırılmasına, xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
    Qeyd edək ki, hələ 21.11.2022-ci il tarixində İsveçrənin nüfuzlu “Swiss Approval” qurumu tərəfindən Dövlət Məşğulluq Agentliyində korrupsiya hüquqpozmalarının qarşısının alınması, fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarını istisna edən şəraitin yaradılması, korrupsiya ilə bağlı hüquqpozma hallarına qarşı mübarizə tədbirlərinin müəyyən edilməsi istiqamətləri üzrə auditlər keçirilib və Agentliyə “İSO 37001:2016” beynəlxalq sertifikatı təqdim edilib. 20.11.2023-cü il tarixində “Swiss Approval” tərəfindən birinci nəzarət auditi müvəffəqiyyətlə həyata keçirilib, ilkin audit zamanı irəli sürülən tələblərin Agentlik tərəfindən icra olunduğu müəyyən edilib. Bunun nəticəsi olaraq İSO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq sertifikatının müddəti uzadılıb.
    Qurumun rəsmi internet səhifəsində (https://swissapproval.ch/certificate-validator/) 030-02-370-00068 qeydiyyat nömrəsini daxil etməklə sertifikatla tanış olmaq mümkündür. Həmçinin Agentliyin fəaliyyətinin “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə www.dma.gov.az rəsmi internet səhifəsində “Şəffaflıq siyasəti” bölməsi yaradılıb, bölmədə vətəndaşlar üçün korrupsiya hüquqpozmaları ilə bağlı müraciət forması yerləşdirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR