AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tədqiqatçıların işləməsi üçün ölkədə rəqəmsal resurslar yoxdur

  • + A
  • - A
  • 7-06-2024, 09:57

    Tədqiqatçıların işləməsi üçün ölkədə rəqəmsal resurslar yoxdur


    III Milli Kibertəhlükəsizlik Forumu bitsə də, Forumun təəssüratları müzakirə mövzusudir.

    III Milli Kibertəhlükəsizlik Forumu həm də qonşu ölkələrlə müqayisədə ölkəmizin geri qaldığını göstərdi.
    İTK mütəxəssisi Elvin Abbasov sözügedən Forumda nüşahidələrdən sonra diqqəti iki əsas nüansa çəkib. Bunlardan biri panellərin birində təmsil olunan "Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası"-nın adıdır. Mütəxəssis bildirir ki qurumun adında "Elmi" ifadəsi var. Bu ifadə o ölkənin, o qurumun (QHT) bu sahəyə yanaşmasını ifadə edir.
    Misal üçün ənənəvi R&D (Research and development) türkcəsi Ar-Ge (Araşdırma və gelişdirmə) bizim "Tədqiqat və inkişaf" dediyimiz sahəyə də dünyada yanaşma dəyişib.
    E.Abbasovun sözlərinə görə sürətli dinamika ilə inkişaf edən sahələrin sözügedən istiqamətində görürük ki, artıq "Tədqiqat və inkişaf" yox, "Elmi Tədqiqat və inkişaf" olaraq adlandırırlar. O, təəssüflə qeyd edir ki, ölkəmizdə heç bir koorperasiyanın, qurumun və ya quruluşun bu istiqamətdə ayırdığı böyük büdcə görməyib. Yaddan çıxarmayaq ki, inkişaf etmiş ölkələrdə bu istiqamətdə nəhəng büdcələr ayırırlar. Bu sahə həm inkişaf edən, həm də inkişaf etdirən sahədir.
    Mütəxəssisin ikinci diqqətini çəkən məqam panellərin birində "Türkiyə Kibertəhlükəsizlik Klasteri"nin təmsilçisinin verdiyi kiçik bir statistik qeyd olub. Alpaslan bəy sözarası qeyd edib ki, 17 milyon IP üzərində davamlı "zafiyyet" zəiflik (boşluq) araşdırmaları edirlər.
    Elvin Abbasovu bir mütəxəssis kimi düşündürən problem bizdə bu statistikaların olmamasldır: "Ölkə üzrə istifadədə olan dinamik və statik IP sayı niyə konfidensial sayılır? Əgər sayılmırsa niyə heç bir qurum bu haqda məlumat dərc etmir?".
    Xarici mənbələrdən əldə etdiyimiz məlumata görə Azərbaycanda 768.256 ədəd IP ünvanı təyin olunub, detallar isə yoxdur. Niyə bu məlumatlar əlçatan deyil? Hansı qurum nəzarəti həyata keçirməlidir? Niyə keçirmir? Mütəxəssisin söylədiyinə görə neçə vaxtdır ölkə əhalisi üzrə günlük adam başına düşən məlumat emalı həcmini hesablamağa çalışır. Heç bir resursda bu statistikanı formalaşdıra biləcəyi doğru-dürüst məlumata rast gəlmir. Ölkə üzrə aktiv IP ünvanı sayı, aktiv internet abunəçilərinin sayı barədə statistika yoxdur. Bütün xarici resurslar terabaytlarla, zettabaytlarla datası ilə öyünərkən Azərbaycanda tədqiqatçıların məlumat əldə edə biləcəyi heç bir resurs yoxdur. Ünvanlanan sorğular isə....
    Ölkəmizdə istər özəl, istər dövlət olsun, heç bir qurumda rəqəmsal statistikanı təqdim etmə öhdəliyi, məsuliyyəti yoxdur. Ona görə də statistika da yoxdur, ərtaflı məlumatların əhatə edildiyi resurs da.
    Elvin Abbasov müqayisə üçün dünya üzrə bəzi mənbələrdən topladığı statistikanı təqdim edib. Azadmedia.az sözügedən statistikanı təqdim edir və ümid edirik ki, səsləndirilən haqlı iradlar tezliklə həllini tapacaq:

    Misal üçün ümumi dünya internet istifadəçiləri = 5,35 milyard nəfər = data yaratma potensialı 15,87 TB,
    Facebook gündəlik = 4000 TB data istehsal edir, 2023-cü ildə dünya üzrə ən çox ziyarət edilən saytlarda 1-ci yeri tutur.
    X (Twitter) gündəlik təxminən 500 milyon tvit= 560 GB data
    TikTok videoları gündəlik təxminən 7,35 TB data
    YouTube 2023-cü ildə gündəlik 720.000 saatdan çox video= 4,3 PB data
    Google gündəlik təxminən 3,5 milyard axtarışı emal edir =20 PB data
    2023-cü ildə orta internet istifadəçisi saniyədə təxminən 1,7 MB data yaradıb=Gündəlik 1540,15 GB
    Hər gün yaradılan datanın həcmi=328,77 terabaytdır. Orta hesabla 4 nəfərdən ibarət ailə gündəlik təxminən 506.736 MB məlumat yarada bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR