Səhər telefonla gündəlik xəbərləri nəzərdən keçirındə növbəti Qazi intiharı barədə oxudum.
İntihar hadisələri cəmiyyətin ümumi psixoloji sağlamlığını zədələyir.
Dövlət, qazilərin psixoloji və sosial dəstəyi üçün böyük miqdarda resurs sərf edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifələrinə yüngül nəzər salmaqla qazilərə dövlət qayğısı barədə kifayət qədər məlumat almaq mümkündür.
Zəfər qələbəmizin 4 ilinə az qalıb, hələ də hansısa laqeyd məmur üzündən qazilərimizə psixoloji və sosial dəstək göstərilmir, laqeydliklə barışmayan, problemlər məngənəsində sıxılan qazilər çıxış yolunu nümayişkaranə intiharda görürlər.
Həyat hekayələri ilə tanış olduqda məlum olur ki, iqtisadi faktorlar intiharın əsas səbəblərindən biridir.
İşsizlik və maliyyə çətinlikləri qazilərin psixoloji vəziyyətini pisləşdirir. Kifayət qədər maddi dəstəyin olmaması, onların gələcəyə olan ümidlərini azaldır.
Əksəri özünü yandırır əzabla ölümü seçir. Nə üçün? Bizə Zəfər Qələbəsi qazandıran, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edən qazilərimizin mükafatı əzablı intihar olmalıdırmı?
Qazi intiharları son dövrlərdə dünya miqyasında ciddi bir problem olaraq ortaya çıxmaqdadır. Müharibələrdən və hərbi münaqişələrdən qayıdan qazilər çox vaxt psixoloji və emosional travmalarla üzləşirlər. Bu travmalar çox zaman intihara qədər gətirib çıxara bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il təxminən 800.000 insan intihar edir və qazilər bu qrupun böyük bir hissəsini təşkil edir.
Bu dəfə intihara cəhd edən qazimiz Agstafa rayonundan olan Alıyev Elvin Bəhram oğludur. O da sələfləri kimi, özünü yandıraraq intihara cəhd edib. Hazırda xəstəxanada vəziyyəti ağır olaraq qalır. Səbəb kimi Ağstafa Rayon icra hakimiyətində ona olan münasibət göstərilir.Qazi intiharlarını yaradan səbəblər və onun aradan qaldırılması yolları haqqında, qazi intiharlarının mövcud vəziyyəti və statistikası barədə kiçik araşdırma apardım.
Qazi intiharlarının səbəbləri psixoloji faktorlar (post-traumatik stress pozğunluğu - PTSD, depresiya), sosial faktorlar (ailə problemləri, cəmiyyət tərəfindən dəstəyin olmaması, iqtisadi faktorlar (işsizlik, maliyyə çətinlikləri, sağlamlıq problemləridir.
Post-travmatik stress pozğunluğu (PTSD) qazilərdə çox yayılmışdır. Bu vəziyyət, travmatik hadisələrdən sonra yaranan qorxu, narahatlıq və depressiya halları ilə xarakterizə olunur.
Statistika göstərir ki, depresiya və digər psixi xəstəliklər də qazilər arasında intihar riskini artırır.
Sosial faktorlar da əsas səbəblərdəndir.
Cəmiyyət tərəfindən kifayət qədər dəstəyin olmaması, qazilərin tənha və dəyərsiz hiss etmələrinə səbəb ola bilər.
Ailə problemləri, qazilərin sosial inteqrasiya prosesində çətinliklərlə üzləşməsinə səbəb ola bilər və onları intihara sürükləyər.
Müxtəlif pansionatlarda, reabilitasiya mərkəzlərində qazilərlə söhbət aparmışam. Sağlamlıq problemləri onları depresiyaya salır. Müharibə zamanı yaranan fiziki zədələr və xroniki xəstəliklər qazilərin yaşama keyfiyyətini aşağı salır.
Bəziləri bu yolu ailə üzvlərinə və yaxınlarına təsir vasitəsi kimi seçir.
Qazilər intihar etməklə ailə üzvlərinə və yaxınlarına ağır mənəvi zərbə vurur, bu addımları ilə laqeyd cəmiyyətə və dövlətə təsir göstərməyə çalışırlar.
Qazinin intiharı, ailə üzvlərində dərin travma və emosional yaralar yaradır. Bu vəziyyət ailə üzvlərində də psixoloji problemlərə səbəb ola bilər.
Necə edək? İntiharların aradan qaldırılması yolları hansılardır?
- Psixoloji dəstək və məsləhət xidmətləri Qazilərə xüsusi olaraq yaradılan psixoloji dəstək proqramları və məsləhət xidmətləri təqdim edilməlidir. Müntəzəm psixoloji seanslar və terapiya, qazilərin psixoloji sağlamlığını dəstəkləyir.
- Sosial dəstək proqramları (reinteqrasiya proqramları, sosial yardım)Qazilərin reinteqrasiya olunmasına yönəlik sosial proqramlar hazırlanmalıdır. Sosial yardımlar və iş imkanlarının artırılması qazilərə dəstək olacaq.
- İş imkanlarının artırılması və maliyyə dəstəyi Qazilərin iş tapmasına kömək edəcək proqramlar və təşəbbüslər həyata keçirilməlidir. Maliyyə dəstəyi və təqaüdlər qazilərin maliyyə vəziyyətini yaxşılaşdıracaq.
- Sağlamlıq xidmətlərinə əlçatanlığın artırılması Qazilərin tibbi xidmətlərə asan və sərfəli şəkildə əlçatan olması təmin edilməlidir. Xüsusi qazilər üçün tibbi xidmət proqramları hazırlanmalıdır.
- Qanunvericilik və siyasət tədbirləriQazilərin hüquqlarını qoruyan və onların rifahını artıran qanunlar qəbul edilməlidir. Dövlət səviyyəsində qazilərə dəstək strategiyaları hazırlanmalıdır.
Biz 4 ildə problemi yoluna qoya bilməmişik, təəssüf. Hansısa ölkələrdə müvəffəqiyyətli nümunələ varmı?
Başqa ölkələrdə tətbiq edilən və uğurlu olan proqramlar və strategiyalara nəzər salaq.
ABŞ təctübəsi: - ABŞ-da qazilərə psixoloji dəstək və sosial reinteqrasiya proqramları geniş şəkildə tətbiq edilir. Veteranlar İşləri Departamenti (VA) qazilərə müxtəlif xidmətlər təklif edir
Kanada təcrübəsi: - Kanadada qazilər üçün xüsusi təlim və işə götürmə proqramları mövcuddur. Bu proqramlar qazilərin işsizlik problemi ilə mübarizə etməsinə kömək edir.
Qazi intiharları, həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi bir problemdir. Bu problemin həlli üçün müxtəlif səviyyələrdə tədbirlər görülməlidir. Psixoloji dəstək, sosial və iqtisadi yardım proqramları, və qanunvericilik tədbirləri bu problemin aradan qaldırılmasında mühüm rol oynaya bilər. Ümid edirəm ki, dövlət səlahiyyətliləri qazi intiharlarının qarşısını almaq üçün əməli tədbirə keçişi sürətləndirəcək.
Elnurə Abuşova