AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FİFA prezidenti britaniyalı azarkeşlərlə bağlı açıqlamasına görə üzr istəyib

  • + A
  • - A
  • Bu gün, 22:00

    FİFA prezidenti britaniyalı azarkeşlərlə bağlı açıqlamasına görə üzr istəyib

    FİFA-nın prezidenti Canni İnfantino britaniyalı futbol azarkeşləri ilə bağlı səsləndirdiyi fikrə görə üzr istəyib.

    AzadMedia.az xəbər verir ki, İnfantino Davosda keçirilən Dünya İqtisadi Forumunda 2022-ci ildə Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatını şərh edərkən, “tarixdə ilk dəfə Dünya Kuboku zamanı heç bir britaniyalı azarkeşin həbs olunmadığını” bildirib.
    Bu açıqlama Böyük Britaniyada azarkeşlər və ictimaiyyət tərəfindən tənqid olunub.
    Sky News-ə müsahibəsində Canni İnfantino qeyd edib ki, həmin fikir zarafat və yumor məqsədilə səsləndirilib və turnirin sakit keçdiyini vurğulamaq üçün deyilib. O, sözlərinin britaniyalı azarkeşləri incidə biləcəyini nəzərə almadığını bildirərək buna görə üzr istədiyini açıqlayıb.

    FİFA prezidenti eyni zamanda Böyük Britaniyanın futbol azarkeşləri arasında zorakılığın qarşısının alınması sahəsində gördüyü tədbirləri də yüksək qiymətləndirdiyini vurğulayıb.
    Qeyd edək ki, İnfantinonun açıqlaması bir sıra azarkeş təşkilatları tərəfindən “uyğunsuz və əsassız zarafat” kimi qiymətləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR