AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

  • + A
  • - A
  • Bu gün, 18:21

    Elşad Miri: Bir sıra özəl məktəblərdə brend geyimlərin nümayişi situasiyası yaranıb

    Özəl məktəblərin bir çoxunda brend geyimlərin nümayişi situasiyası yaranıb.

    Bunu dinşünas Elşad Miri "Baku TV"nin "Aktual gündəm" verilişində açıq-saçıq və dini geyimlərin məktəb mühitinə təsiri mövzusundakı müzakirə zamanı deyib.

    Onun sözlərinə görə, bu kimi özəl məktəblərdə keyfiyyətli təhsil ikinci plana düşür: "Aydın məsələdir ki, artıq burada şagirdlərə təhsilalan kimi yox, müştəri gözü ilə baxırlar. Şagirdlər arasında da ayrı-seçkilik yaranır, nisbətən zəif geyinən şagird yoldaşları tərəfindən lağ obyektinə çevrilir".

    Dinşünas qeyd edib ki, dövlət məktəblərində kifayət qədər yüksək səviyyəli dərs tədris olunur: "Burada isə artıq standart, vahid formaya keçid müəyyənləşdirilməli, bu kimi müzakirələrə son qoyulmalıdır. Biz gələn müzakirələrdə artıq məktəblilərin uğurları barədə danışmalıyıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR