AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

M.Rubio Konqresdə çıxış edəcək

  • + A
  • - A
  • Dünən, 22:36

    M.Rubio Konqresdə çıxış edəcək

    ABŞ dövlət katibi Marco Rubio iyunun 2-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatasının komitələri qarşısında çıxış edəcək. Məlumata görə, dinləmələrin əsas mövzularından biri İran ətrafında davam edən gərginlik və aparılan danışıqlar olacaq.
    Rəsmi olaraq dinləmələrin gündəliyində Dövlət Departamentinin büdcəsinin müzakirəsi göstərilsə də, amerikalı qanunvericilərin Rubioya hərbi əməliyyatlar və İranla bağlı proseslər ətrafında sərt suallar ünvanlayacağı gözlənilir.
    Bundan əvvəl mediada münaqişənin dayandırılması üçün mümkün razılaşma əldə oluna biləcəyi barədə xəbərlər yayılmışdı. Bu məlumatlar isə Konqresdə respublikaçılar arasında birmənalı qarşılanmayıb. Xüsusilə Texas ştatından senator Ted Cruz prezident Donald Trump administrasiyasını Tehrana qarşı təzyiqləri azaltmamağa çağırıb.

    Ted Kruzun da daxil olduğu Senatın Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edəcək Rubio bildirib ki, atəşkəs rejiminin uzadılması və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqların yekunlaşması üçün daha bir neçə gün tələb oluna bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR