AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran ABŞ-ın iki neft tankerinə hücum etdiyini açıqladı

  • + A
  • - A
  • Dünən, 23:30

    İran ABŞ-ın iki neft tankerinə hücum etdiyini açıqladı


    İran ABŞ hərbçilərinin ölkəyə məxsus iki neft tankerinə hücum etdiyini açıqlayıb. Hadisələr Cask limanı və Xark adası yaxınlığında baş verib.

    İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri lövbərdə və liman körpülərində dayanan neft tankerlərinin ekipajlarına gəmiləri dərhal tərk etmək barədə xəbərdarlıq edib.

    İranın dövlət televiziyası IRIB-in yaydığı məlumata görə, SEPAH-ın bəyanatında ABŞ hərbçilərinin İranın bir neçə neft tankerinə qarşı hücumlarından sonra bütün tankerlərin ekipajlarına xəbərdarlıq edilib.

    Bəyanatda qeyd olunub ki, tankerlərin həm lövbər dayanacaqlarında, həm də liman körpülərindəki heyəti gəmiləri dərhal tərk etməlidir. İran tərəfi həmin gəmilərin hədəfə çevrilə biləcəyini bildirib.

    İran televiziyasının müxbiri Cask sahilindən verdiyi reportajda liman ərazisinin yaxınlığında İran neft tankerinə hücum edildiyini bildirib. Onun sözlərinə görə, bundan qısa müddət sonra daha bir partlayış səsi eşidilib. Lakin ikinci partlayışın mənbəyi və baş verdiyi yer hələ müəyyən edilməyib.

    Dövlət televiziyasının digər müxbiri isə Xark adasındakı mənbələrə istinadən lövbərdə dayanan daha bir İran neft tankerinə hücum edildiyini bildirib.

    Telekanalın məlumatına görə, ikinci tankerin ekipajı hücumdan sonra ilk dəqiqələrdə təxliyə edilib. Daha sonra Cask suları yaxınlığında başqa bir tankerə zərbə endirildiyi barədə məlumat yayılıb.

    Məlumata əsasən, hər iki tankerin ekipaj üzvləri xilasetmə qayıqları ilə Cask sahilinə doğru hərəkət edirlər.

    Hadisə ilə bağlı ABŞ tərəfindən verilmiş rəsmi açıqlama barədə məlumat təqdim edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR