YAP-ın 34-cü ildönümü Binəqədidə qeyd olundu: “Zəfərə və Böyük Qayıdışa aparan yollar” mövzusunda tədbir keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 2025-ci məhəllə ünvanlı ərazi partiya təşkilatında (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş “Zəfərə və Böyük Qayıdışa aparan yollar: Yeni Azərbaycan Partiyası – 34 il” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir və Ulu Öndər yolunun alternativi yoxdur. Vurğulayıb ki, Heydər Əliyev dühası ölkəmizin sabitlik, inkişaf və müasirlik yolunu müəyyən edən əsas strateji xətt kimi bu gün də aktuallığını qorumaqdadır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi mühüm islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ulu Öndərin rəhbərliyi ilə 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu, regionun aparıcı siyasi qüvvəsinə çevrildiyini deyib. O vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Dövlət başçımız xalqımıza tarixi Zəfər bəxş etmiş Müzəffər Liderdir. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən partiya sıralarında birləşən hər bir üzv qürurludur.
Millət vəkili Kamaləddin Qafarov müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu deyib. O qeyd edib ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yolu keçib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi barədə danışıb. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçərək ümumxalq partiyasına çevrildiyini deyib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri və rayon təşkilatının ictimai fəaliyyətində fərqlənən bir sıra şəxsə fəxri fərmanlar təqdim olunub.















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.