AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada oktyabr iğtişaşlarının vurduğu zərər 207 milyon avroya çata bilər

  • + A
  • - A
  • Dünən, 22:52

    Fransada oktyabr iğtişaşlarının vurduğu zərər 207 milyon avroya çata bilər


    Fransada oktyabr iğtişaşlarının vurduğu zərər 207 milyon avroya çata bilər

    Fransada oktyabrın 17-də keçirilən nümayişlər zamanı baş verən iğtişaşların vurduğu sığortalanmış zərərin ümumi məbləği 207 milyon avroya çata bilər.

    France Assureurs Sığortaçılar Federasiyasının noyabrın 12-dək olan məlumatlar əsasında açıqladığı ilkin hesablamalara görə, hadisələrlə bağlı ümumilikdə 5 min 280 sığorta müraciəti qeydə alınıb.

    Zərərin 95 faizindən çoxu, yəni 198 milyon avrosu müəssisə və sahibkarların əmlakına dəyib. Bu kateqoriya üzrə 4 min 50 sığorta hadisəsi qeydə alınıb. Fiziki şəxslərin əmlakına dəyən zərərin 3,5 milyon avroya çatacağı, zədələnmiş avtomobillər üzrə itkilərin isə təxminən 6 milyon avro təşkil edəcəyi gözlənilir.

    France Assureurs-un prezidenti Florans Lüstman bildirib ki, oktyabrın 17-də gündüz saatlarında və 18-nə keçən gecə baş verən iğtişaşların qısa müddət davam etməsinə baxmayaraq, vurduğu zərər xüsusilə böyük olub.

    Federasiyanın məlumatına görə, müqayisə üçün, 2005-ci ildə Fransada baş verən iğtişaşlar dörd həftə ərzində 209 milyon avro, 2018–2019-cu illərdəki “Sarı jiletlilər” etirazları isə bir neçə ay ərzində 256 milyon avro sığortalanmış zərərə səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR