AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Putin və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra açıqlamalar verib

  • + A
  • - A
  • Dünən, 22:48

    Tramp Putin və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra açıqlamalar verib

    Tramp Putin və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bir sıra açıqlamalar verib

    ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri, Rusiya-Ukrayna müharibəsi və Ukraynaya verilə biləcək təhlükəsizlik təminatları barədə danışıb.

    Tramp bildirib ki, Putinlə söhbəti zamanı ona prezident olduğu halda Rusiyanın müdaxilə edib-etməyəcəyini soruşub. Putinin isə buna mənfi cavab verdiyini deyib.

    ABŞ liderinin sözlərinə görə, Putin Rusiya ilə Ukrayna arasındakı müharibənin diplomatik yollarla başa çatmasını istədiyini açıq şəkildə ifadə edib.

    Putini Amerikanın dostu hesab edib-etmədiyi barədə suala cavabında Tramp deyib ki, ABŞ adından danışa bilməz, lakin özü ilə Rusiya lideri arasında münasibətlərin çox yaxşı olduğunu düşünür.

    Tramp Ukraynaya hansı təhlükəsizlik təminatlarının verilə biləcəyi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, ABŞ-ın Ukraynaya hansı təminatları təqdim etməyə hazır olduğunu hələ bilmir. Onun sözlərinə görə, ilk növbədə tərəflər arasında razılaşma əldə olunmalıdır.

    ABŞ Prezidenti Putinin hazırda çətin vəziyyətdə olduğunu da iddia edib. Trampın fikrincə, Rusiya lideri cəmi bir gün davam etməli olduğunu düşündüyü müharibənin içindədir.

    O, münaqişənin indiyədək həll olunmamasının səbəblərindən biri kimi Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasındakı qarşılıqlı güclü nifrəti göstərib:

    “Əgər Zelenski ilə Putin arasında bu qədər güclü qarşılıqlı nifrət olmasaydı, bu məsələ iki il əvvəl həll olunardı”, – deyə Tramp vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR