ZELENSKİ: UKRAYNAYA 2027-Cİ İL ÜÇÜN DAHA 70 MİLYARD AVRO LAZIMDIRÇÜN DAHA 70 MİLYARD AVRO LAZIMDIR

Ukrayna gələn il müdafiə ehtiyaclarını qarşılamaq və müharibə şəraitində dövlətin sabit fəaliyyətini təmin etmək üçün əhəmiyyətli həcmdə beynəlxalq maliyyə dəstəyinə ehtiyac duyur.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, müdafiə naziri, hərbi rəhbərlik və müdafiə sektorunun digər nümayəndələri ilə aparılan məsləhətləşmələrdən sonra 2027-ci il üçün ölkənin maliyyə ehtiyacları dəqiqləşdirilib. Ümumi tələbat 115 milyard avro təşkil edir. Bu məbləğin 45 milyard avrosu artıq nəzərdə tutulub, qalan 70 milyard avronun isə əlavə mənbələr hesabına təmin edilməsi tələb olunur.
Zelenski tərəfdaşlardan müsbət siqnallar aldıqlarını da bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası əlavə olaraq 45 milyard avro maliyyə dəstəyi təklif edib. Əvvəlcədən razılaşdırılmış yardımla birlikdə bu məbləğ 90 milyard avroya çatır.
Ukrayna Prezidenti əlavə edib ki, 2028-ci ildə də oxşar maliyyə ehtiyacı yarana bilər. Bununla belə, o, həmin vaxta qədər müharibənin başa çatacağına ümid etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.