AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İŞİD məhv oldu, yeni terror təşkilatı yaradılır

  • + A
  • - A
  • 14-01-2020, 16:45

    İŞİD məhv oldu, yeni terror təşkilatı yaradılır


    İordaniya Kralı II Abdullah Brüssel, Paris və Strasburqa səfəri çərçivəsində “France 24” telekanalına müsahibə verən II Abdulla bildirib ki, Yaxın Şərqdə İŞİD terrorçuları yenidən baş qaldırıb və təşkilatlanmağa başlayıblar.

    Kral terrorçuların təkcə Suriyanın şərqində deyil, həm də İraqın qərb bölgələrində fəallaşdıqlarını diqqətə çatdırıb.

    Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İŞİD terror təşkilatının yerində yeni terror təşkilatı yarana bilər.

    “Dünyanın təhlükəli terror təşkilatlarından olan “Əl Qaidə” terror təşkilatı 2001-ci ildə çox böyük hədəfi, Amerikanı vurdu və 3000 Amerika vətəndaşı həlak oldu. Sonra Amerika “Əl Qaidə” terror təşkilatına qarşı Əfqanıstanda, İraqda əməliyyatlara başladı. İndi bu terror təşkilatı haqqında heç nə danışılmır. Çünki lideri öldürüldü və təşkilat zəiflədi. Onun yerində daha güclü İŞİD yaradıldı. Hazırda İŞİD-də zəifləyib. Düşünürəm ki, İordaniya Kralı II Abdullah məhz bunu nəzərdə tutub və gələn xəbərlərə görə, İordaniya Kralı haqlı görünür. Çünki Suriyadakı İŞİD qalıqları Liviyaya keçə bilərlər. Çünki Liviyada xaosdur və müharibə gedir. Burada maraqlı olan əsl məsələ isə terrorçuların Suriyadan Liviyaya necə və hansı keçidlərlə keçmələridir. Yəni böyük dövlətlər bu keçidlərdən terrorçuların keçməsinin qarşısını ala bilmir? Çünki Suriyadan Liviyaya qədər kiçik məsafə deyil. Bu da bir sualdır. Digər tərəfdən İdlibdə də xeyli terrorçular var və şəhər terrorçuların nəzarətindədir.

    Terrorçular da bilir ki, Rusiya və Suriya ordusu İdlibə hücuma keçə bilər. Buna görə onlar da şəhəri tərk edib özlərinə başqa məkan axtarırlar. Bu Liviya da ola bilər. Əsl məsələ həmin terrorçuların hansı yollarla Liviyaya gedib orada toplaşmasıdır. Kral ll Abdullah əslində bu sualı verməli idi. Əgər Suriyada terrorla mübarizədə uğurlar əldə edilibsə və sərhədlər nəzarət altındadırsa, bu terrorçular Liviyaya hansı yollarla gedib çıxırlar? Əvəllər məlumatlar vardı ki, bəzi Ərəb dövlətləri İŞİD-i maliyyələşdirir ki, Liviya hökuməti yıxılsın. Amma İŞİD zəifləyəndən sonra kimsə ona dəstək durmaq istəmədi. İŞİD-in yenidən aktivləşməsi bir yolla mümkün olar ki, İŞİD-in yerində yeni bir terror təşkilatı yarana bilər. Bu özü də beynəlxalq aləm üçün yeni bir təhlükə mənbəyinə çevriləcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR