AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beyrut partlayışı: Gömrük rəisi də həbs olundu

  • + A
  • - A
  • 17-08-2020, 20:00

    Beyrut partlayışı: Gömrük rəisi də həbs olundu

    Məhkəmə Beyrut limanında baş verən partlayışın təhqiqatı çərçivəsində Livanın Gömrük Xidmətinin rəisi Bədri Daherin həbsinə order verib.

    Azadmedia.az xəbər verir ki, məhkəmə hakimi Fadi Savan dörd saatlıq dindirilmədən sonra Bədri Daheri həbs etmək barədə qərar çıxarıb.

    Xatırladaq ki, avqustun 4-də Beyrut limanında bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 171 nəfər həlak olub, 6 mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, 300 min insan isə evlərini itirib. Partlayış ölkənin buğda ehtiyatının 85 faizinin saxlanıldığı anbarları dağıdaraq ərzaq təhlükəsizliyinə güclü zərər vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR