Ankaradan gələn isti mesajlara baxmayaraq, Rusiya aviasiyası Suriyada Türkiyənin nəzarətindəki əraziləri, İdlib bölgəsini şiddətli şəkildə bombalayır. İdlibin Atarib şəhərindəki xəstəxana, Kah qəsəbəsi, Türkiyə sərhədindən 3 km aralıdakı Sarmada yaşayış məntəqəsindəki qaçqın düşərgələri və TIR parkı, Türkiyə sərhədindən 2 km aralıdakı qazdoldurma məntəqəsi Rusiya hərbi təyyarələri və Hmeymimdən atılan raketlərlə vurulub.
Politoloq Şahin Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, Rusiya son həftələr Türkiyənin nəzarətindəki ərazilərdə resurs bazasını və infrastrukturu hədəf alıb: “Neft saxlanan anbarlar və tankerlər, yük daşıyan TIR-lar davamlı şəkildə bombalanır. Rusiya tərəfi hər zaman təkrarlayır ki, yalnız terrorçuları və onların gəlir mənbələrini hədəf alır.
Liderlər arasında qarşılıqlı simpatiya olsa da, Rusiya – Türkiyə dövlətlərarası münasibətlərində ziddiyyətlər, toqquşan maraqlar var və bunları uzlaşdırmaq prezidentlər üçün asan olmur. Digər bir tərəfdən belə görünür ki, Suriyadakı Rusiya komandanlığına vəziyyətlə bağlı yerində qərar qəbul edib, dərhal həyata keçirmək üçün səlahiyyət verilib və onlar öz addımlarında incə siyasi məqamları nəzərə almırlar.
Bu da sirr deyil ki, Rusiya dövləti içərisində Putinin Türkiyə ilə bağlı siyasətindən məmnun olmayan çevrələr mövcuddur. Baş verənlər artıq Lirənin məzənnəsində ciddi ucuzlaşmaya səbəb olub?.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.