İranın iki əyalətində koronavirusun dördüncü dalğası başlayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani deyib.
H.Ruhani bildirib: "Təəssüf ki, iki əyalətdə dördüncü dalğa başlayıb və tibbi protokollara əməl dilməsə bir sıra digər əyalətlərdə də başlaya bilər".
İran prezidenti dördüncü dalğanın başladığı əyalətlərin adını açıqlamayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.