AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ üçün heç nə etmədiniz, “soyqırımı” deyirsinizsə, güzgüyə baxın” – Ərdoğan Baydenə

  • + A
  • - A
  • 26-04-2021, 22:45


    “30 il öncə işğal edilən Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində edilənlər ortadadır”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı açıqlamalarında deyib.

    O, ABŞ Prezidenti Co Baydenə müraciət edib:

    “Cənab Bayden, Minsk Qrupu deyə bir üçlük formalaşdırılmışdı. ABŞ, Rusiya və Fransa vardı. 30 il bu işğaldan xilas etmədiniz. Oradakı insanlar, azərbaycanlı qardaşlarımız, təəssüf ki, bir milyondan çox insan oralardan didərgin düşməyə məcbur oldu”.

    Dövlət başçısı bildirib ki, bütün o yerlər, o Qarabağ, bütün binalar dağıdılıb:

    “Soyqırımı” deyirsinizsə, güzgüyə baxıb özünüzü qiymətləndirməlisiniz. Hinduları deməyimə ehtiyav yoxdur. Bütün bunlar ortada ikən, sizlər Türkə, Türk millətinə “soyqırımı” etiketini yapışdıra bilməzsiniz.

    Baxın, buralarda on minlərlə mülki insan qətl edilib, 1,5 milyon azərbaycanlı qardaşlarımız evlərini tərk etmək məcburiyyəti qarşısında qoyulub”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR