AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycanlı qardaşlarımız haqlı mübarizələrində zəfər çalanadək yanlarındayıq” - Ərdoğan

  • + A
  • - A
  • 5-10-2020, 22:36


    “Ermənistanın Azərbaycanda törətdiyi insanlığın üzqarası olan qətliamları bu günədək cəzasız qalıb. Beynəlxalq təşkilatlar isə Azərbaycanın Qarabağ torpaqları Ermənistan tərəfindən işğal edilərkən təəssüf ki, bu alçaqlıq qarşısında susub”.


    Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet toplantısından sonrakı çıxışında bildirib.


    Türkiyə Prezidenti qeyd edib ki, ATƏT-in Minsk qrupuna üzv olan ABŞ, Fransa və Rusiya 30 ilə yaxındır bu problemi həll etmədiyi üçün Azərbaycan xalqı həm işğalın, həm də itkilərinin ağır nəticələrini yaşayıb: “Ermənistan budəfəki təcavüzündən gözləmədiyi cavab aldı. Azərbaycan ordusu sürətlə hərəkətə keçdi və indiyədək Qarabağ torpaqlarının bir hissəsi işğaldan qurtarıldı”.


    R.T.Ərdoğan qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanı öz mübarizəsində haqlı sayıb və yenə də qardaş ölkənin yanındadır: “Bütün qəlbimizlə qardaş Azərbaycan xalqının yanındayıq. Hər bir qüruru olan ölkə də işğal altında olan bir ölkəyə dəstək verməldir”.

    Türkiyə Prezidenti regiondakı quldur dövlətlərin sülhü və sabitliyi pozduğunu və dünyanın artıq belə terrorçu dövlətlərin zülmünü çəkə bilmədiyini də vurğulayıb: “Türkiyə əlindəki bütün gücü və imkanları ilə bu qanlı oyunu pozmağa hazırdır. Bunun üçün də dünya 5-dən böyükdür deyirik. Qafqazın son 30 ildir ən önəmli böhran məsələsi olan Qarabağ probleminin bu şəkildə həlli həm tarixin, həm hüququn, həm də həqiqətlərin zərurətidir. Əks təqdirdə regiondakı bu problemi həll etmək mümkün deyil. Azərbaycanlı qardaşlarımıza qəzanız mübarək olsun deyirik və haqlı mübarizələrində zəfər çalana qədər yanlarında olduğumuzu vurğulayırıq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR