Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər sakit, təhlükəsiz, rəqabətli idi və demokratiyaya doğru addım olub.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili televiziya vasitəsilə müraciətində deyib.
“Mürəkkəb siyasi və qütbləşmiş seçkiqabağı mühitə baxmayaraq, Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər demək olar, sakit, ədalətli, təhlükəsiz və rəqabət mühitində keçirilib. Çox əhəmiyyətlidir ki, bu gün demokratiyaya və sabitləşməyə daha bir addım atılıb”, - gürcü lider deyib.
“Gürcü Arzusu” 47% səslə bütün Gürcüstan üzrə inandırıcı qələbə qazanıb”.
Bunu isə ölkənin Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, seçkilər uğurlu, sakit və ədalətli şəraitdə keçib, beynəlxalq müşahidəçilər tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilib.
Hökumət başçısı seçicilərə etimada görə təşəkkürünü bildirib.
İ.Qaribaşvili qeyd edib ki, seçkilərin ikinci mərhələsi 64 bələdiyyənin yalnız 20 və yaxud 31 %-də təyin olunub: “Bizim namizədlərimiz ikinci mərhələdə də qələbə əldə edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.