AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlanıb

  • + A
  • - A
  • 31-10-2021, 10:44

    Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlanıb

    Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu ilə əlaqədar “exit-poll”un ilkin nəticələri elan edilib.

    AzadMedia.az xəbər verir ki, əsas diqqət paytaxt Tbilisinin meri vəzifəsinə seçkilərə yönəlib.

    Gürcüstanda hakimiyyətə yaxtın “İmedi” telekanalının sifariş etdiyi “exit-poll”a əsasən, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının namizədi Kaxa Kaladze 57,2 faiz, Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Nika Meliya isə 42,8 faiz səs toplayıb.

    Nəticələrə görə, “Gürcü Arzusu”nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 faizdən çox səs toplayıblar.

    Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”a əsasən isə K.Kaladze 49 faiz, N.Meliya isə 51 faiz səs qazanıb.

    Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 faiz olub.

    Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, ölkə üzrə 1 025 406 seçici səsvermə hüququndan istifadə edib.

    Seçkilərin oktyabrın 2-də keçirilən ilk turunda isə seçici fəallığı 51,92 faiz təşkil etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR