"Ermənistan Prezidenti Armen Sarkisyanın istefası Ermənistan ordusunun itkilərinə imza atmaması üçün atılan fərarilik addımı kimi qiymətləndirilməlidir".
Bu sözləri "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Sarkisyan Ermənistanı çətin bir dönəmdə tərk edib:
"Ermənistanın düşdüyü çətin iqtisadi, hərbi-siyasi durum hər kəsə bəllidir. Armen Sarkisyan istefası mövcud problemləri vəzifədə olan Paşinyan rejiminə yükləmək məqsədilə "Batan gəmidən qaçışa" daha çox bənzəyir. İstənilən anda o, öz istefasını məhdud səlahiyyətlər və imkanları ilə əsaslandıra bilər. Amma Sarkisyan bu addımı ilə məsuliyyət altına girməməyə, Ermənistan tərəfindən imzalanan bəyanətın şərtlərini yerinə yetirilməsi üçün imzadan yayınmaq məqsədi atdığı şübhə doğurmur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.