Tanınmış rusiyalı aktrisa Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar bağışlayıb.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat verib.
"Ukrayna ordusuna 10.000 dollar köçürmə ilə dəstək oldum və sizi də bunu etməyə çağırıram! Və bir daha deyirəm: Bunun baş verdiyinə görə çox təəssüf edirəm. Ürəyiim çox pis sıxılır, anlayıram ki, indi ölkənizdə həm sizin, həm bizim oğlanlar ölür.
Bəziləri hətta çox gəncdir. Bu faciənin bitməsini ürəkdən istəyirəm”, - o yazıb.
Axedjakova qeyd edib ki, o, Ukrayna şəhərlərinin dağıdılmasını, insanların əzilərək pərişan olduğunu görmək istəmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.