“Türkiyə ilk gündən etibarən obyektiv, neytral davranır. Bizim mövqeyimiz aydındır”.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Bu görüş çətin bir vaxtda baş tutur. Belə bir vaxtda diplomatiya daha əhəmiyyətli olur. Antalya Diplomatiya Forumunda iştirak etdiyiniz üçün təşəkkür edirəm. Bu gün Ukrayna böhranının sülh yolu ilə həlli barədə fikir mübadiləsi aparacağıq. Hər iki ölkə ilə münasibətləri yaxşı olan tərəf kimi vasitəçiliyimizi irəli sürdük”, - o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.