Ukraynada üç həftə davam edən müharibə Rusiya prezidenti Vladimir Putini məqsədinə yaxınlaşdırmayıb.
AzadMedia.az "FoxNews"a istinadən xəbər verir ki, bunu ABŞ senatoru Mark Rubio deyib .
"İndi Putinin özü də daxil olmaqla hamıya aydın olmalıdır ki, Ukraynanı işğal etmək qərarı onun karyerasının ən böyük səhvi olub", - Rubio deyib.
O, həmçinin bildirib ki, ABŞ Ukraynaya hərbi təchizatı artırmalıdır.
O, həmçinin vurğulayıb ki, bu müharibə necə başa çatsa da, Putin əsl qələbəyə nail ola bilməyəcək və Bayden administrasiyası Putinin nəhayət ki, uduzduğunu etiraf edəcəyi ümidi ilə bunun üçün işləməyə davam etməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.