Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin bütün Ukraynanı ələ keçirməyə çalışır və “ən pisi hələ qarşıdadır”.
Bu barədə Makronla Putinin telefon danışığından sonra Yelisey sarayının açıqlamasında deyilir.
Qeyd edilir ki, Putin Makrona bütün Ukraynanı “nəzarət altına almaq” üçün hücumu davam etdirmək əzmində olduğunu bildirib. Rusiya prezidenti qeyd edib ki, Rusiya ordusunun “xüsusi əməliyyatı” Moskvanın planı üzrə inkişaf edir və ukraynalılar Rusiyanın şərtlərini qəbul edənə qədər vəziyyət kəskinləşəcək.
“Prezident Makron Putinin ona söylədiklərini nəzərə alaraq hesab edir ki, ən pisi hələ qarşıdadır”, - deyə Yelisey sarayının məlumatında bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.