Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 35 nəfərin həyatı təhlükə qarşısında qalıb.
AZadmedia.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı açıqlama yayıb.
Məlumatda bildirilir ki, miqrantlardan 6 nəfərinin cəsədi tapılsa da, 29-nun axtarışları davam etdirilir.
Qeyd edək ki, bu həftə Liviya sahillərində azı 53 miqrant həlak olub və ya itkin düşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.