Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan bəri, qonşu ölkələrə Ukraynadan 4,86 milyondan çox qaçqın gəlib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu gün verdiyi məlumatda bildirilir.
Məlumata görə, bu rəqəm bir gündə 32,000-dən çox artıb, fevralın 24-dən aprelin 16-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 869 min 19 nəfərə çatıb.
Gün ərzində 32 574 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.
BMT QAK-ın məlumatına görə, fevralın 24-dən aprelin 16-dək Rusiyaya 484 725, Polşaya 2 763 786, Rumıniyaya 738 862, Macarıstana 458 654 qaçqın gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.