Böyük Britaniyanın baş naziri Boris Conson Hindistana səfəri çərçivəsində baş nazir Narendra Modi ilə görüşdən sonra mətbuat konfransı keçirib.
Ukraynadakı müharibə ilə bağlı açıqlamalar verən Conson Ukraynada müharibənin 2023-cü ilin sonuna qədər davam etmə ehtimalının real olduğunu bildirib.
"Kədərli olsa da, mən reallığı deməliyəm. Rusiya geri çəkilməsə Ukraynada müharibə 2023-cü ilin sonuna qədər davam edə bilər", - deyə o, bildirib.
Rusiya prezidenti Vladimir Putin və ordusunun hələ də müharibədə qalib gəlmə şansının olduğunu ifadə edən Conson, “Putinin böyük ordusu var. O, həm də siyasi baxımdan çox çətin vəziyyətdədir. İndi onun yeganə variantı Ukraynaya qarşı dəhşətli yanaşmanı davam etdirməkdir. Amma biz ukraynalıların inanılmaz qəhrəmanlıqlarını və döyüşməyə hazır olduqlarını da gördük. Putin Ukrayna xalqının ruhunu zəbt edə bilməyəcək. Əksinə, onun hər gün etdiyi şey Ukrayna xalqının müqavimət göstərmək iradəsini gücləndirmək və möhkəmləndirməkdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.