Mövlud Çavuşoğlu erməni etirazçılara “Bozqurd" işarəsi ilə cavab verdi
Hadisə XİN başçısının Uruqvayın paytaxtı Montevideoya rəsmi səfəri çərçivəsində oradakı Türkiyə səfirliyinin açılışından sonra baş verib.
Uruqvayda yaşayan bir qrup erməni əsilli şəxs Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Uruqvaya rəsmi səfərinə etiraz əlaməti olaraq Türkiyənin bu ölkədəki səfirliyinin qarşısına toplaşıb.
Onlar Türkiyə əleyhinə müxtəlif şüarlar sələndirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərərək cavab verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.