İndiyədək İtaliya ərazisinə 100 minədək ukraynalı qaçqın sığınıb.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkəyə ümumilikdə 99 min 788 Ukrayna vətəndaşı gəlib. Onlardan 51 min 593-ü qadın, 12 min 307-si kişi, 35 min 888-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşlarının 95 min 244-ü birbaşa sərhəddən, 4544-ü dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya daxil olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.