AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İsgəndər" raketlərinin hazırlandığı mərkəzdə qurbanların sayı artıb

  • + A
  • - A
  • 24-04-2022, 20:20

    "İsgəndər" raketlərinin hazırlandığı mərkəzdə qurbanların sayı artıb


    Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidməti məlumat yayıb.

    Qeyd olunub ki, dağıntıların təhlili zamanı daha 6 nəfərin meyiti tapılıb.

    Aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki "S-400" zenit-raket kompleksi və "İsgəndər" raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR