Cinayətkar qruplaşma üzvləri Haitinin paytaxtı ətrafında 8 Türkiyə vətəndaşını qaçırıblar.
Bu barədə yerli Haiti24 saytı yazır.
Məlumata görə, Türkiyə vətəndaşları Dominikan Respublikasından avtobusla Croix de Bouquet kommunası ərazisinə səyahət edirmişlər. Bu ərazi cinayətkar qruplaşmaların fəaliyyət göstərdiyi əsas ərazilərdəndir.
Qeyd olunur ki, hadisə ilə bağlı artıq rəsmi Ankara məlumatlandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.