İranın bir sıra şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.
Etirazlar əsasən İranın qərbində baş verib.
Bundan başqa cümə günü axşam saatlarında Lorestan əyalətinin Borucerd, Doroud, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan, Kohquluye və Boyer-Əhməd əyalətlərinin Dehdəşt şəhərində vətəndaşlar etiraz aksiyaları keçirib.
İran rəsmiləri cümə gününə kimi ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında azı 22 nəfərin saxlandığını təsdiqləyib.
Sosial şəbəkələrdə yayımlanan videolarda təhlükəsizlik qüvvələrinin bəzi şəhərlərdə atəş açdığı və gözyaşardıcı qazdan istifadə etdiyi göstərilir.
Qeyd edək ki, etirazlar İranda ərzaq məhsullarının qiymətinin kəskin artmasından sonra başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.