Türkiyə ordusunun İraqın şimalında keçirdiyi "Pençe-Kilit" əməliyyatında PKK/YPG-nin 3 terrorçusu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyi Türkiyə sərhədi yaxınlığında terror təhlükəsinin aradan qaldırılması üzrə əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, "Pençe-Kilit" əməliyyatı İraqın 3 bölgəsində həyata keçirilir və aprelin 18-dən bugünədək 85 terrorçu məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.