Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib.
Bu barədə institutun açıqlamasında deyilir.
Qeyd olunur ki, həmin virusa bir müddət əvvəl Kanar adalarından qayıtmış şəxs yoluxub.
Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlandığını, daha 106 yoluxma şübhəsinin araşdırıldığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.