Rusiya qırıcıları ötən sutka ərzində Nikolayev vilayətində Ukraynaya məxsus Su-25 hücum təyyarəsini vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Ötən sutka ərzində Rusiya qırıcı aviasiyası Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-25 təyyarəsini Nikolayev vilayətinin Lyubomirovka kəndi yaxınlığında vurub", - deyə Rusiya MN sözçüsü qeyd edib.
Konaşenkov ötən gün ərzində Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 7 pilotsuz uçuş aparatını (PUA) vurduğunu da söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.