Ukrayna ətrafındakı vəziyyət dünyanı ərzaq böhranı riski ilə qarşı-qarşıya qoyub, bəzi ölkələrdə bu proses artıq başlayıb.
AzadMedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Əvvəllər Yaxın Şərqdəki münaqişələrdən danışırdıqsa, indi bu, Avropanın mərkəzindədir. Bir tərəfdən insan dramları, digər tərəfdən enerji qiymətlərinin artması. Dünya ərzaq böhranı riski ilə üz-üzədi. Bəzi ölkələrdə bu proses artıq başlayıb, aclıqla üzləşmə riski var", - Çavuşoğlu Eskişehirdəki Osmangazi Universitetində tələbələr qarşısında çıxış edərkən deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.