AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyanın keçmiş deputatı Ukrayna vətəndaşı oldu - YENİLƏNİB

  • + A
  • - A
  • 3-06-2022, 13:23

    Rusiyanın keçmiş deputatı Ukrayna vətəndaşı oldu - YENİLƏNİB


    Rusiya Dövlət Dumasının keçmiş deputatı, jurnalist Aleksandr Nevzorov və həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib.

    AzadMedia.az Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

    Onun sözlərinə görə, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq fərman imzalayıb.

    ***11:22

    Rusiyalı jurnalist Aleksandr Nevzorov həyat yoldaşı Lidiya Nevzorova ilə birgə Ukrayna vətəndaşlığı almaq üçün müraciət edib.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar müraciəti aprelin 28-də İtaliyada olarkən Ukrayna konsulluğu vasitəsilə göndəriblər.

    Ukraynanın “Vətəndaşlıq məsələləri ilə bağlı ərizələrin verilməsi qaydası haqqında” qanununun 107-ci maddəsinə əsasən, Kiyev Nevzorovların İnterpol və digər beynəlxalq təşkilatlar vasitəsilə axtarışda olub-olmadığını yoxlamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR