Haitidə girov götürülən 8 Türkiyə vətəndaşından 3-ü azad edilib.
Bu barədə “Le Monde”yə istinadən xəbər verir.
Məlumata görə, azad edilən qadınların səhhəti pisləşdiyi üçün sərbəst buraxılıblar.
Qeyd edək ki, mayın 8-də Dominikan Respublikasından Haitiyə gələn avtobus sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən saxlanılıb. Avtobusdakı 8 türk, 3 haitili və 1 dominikanlı girov götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.